Maşinist olmaq istəyən xanımların DİQQƏTİNƏ: Bakı metrosunda yeni fürsət - FOTO

 
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

“Bakı Metropoliteni” QSC xanımlar üçün açıq qapı günü keçirəcək.

Bu barədə Xeber-ps.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti olmaq istəyən, həmçinin, qərar verməkdə tərəddüd edən xanımlara qadınların bu sahədə uğur qazanmasının mümkünlüyünü, onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək üçün metropolitenin Təlim-Tədris Mərkəzində “Gələcəyə bizimlə addımla” şüarı ilə açıq qapı günü keçiriləcək.

Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların suallarını cavablandıracaq.

Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.

Qeydiyyat üçün (012) 490-01-01 (daxili - 17-29) stasionar, (050) 278-18-11 mobil nömrələrinə, eləcə də [email protected] elektron poçt ünvanı ilə müraciət etmək mümkündür.

 

0.4481680393219