Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətə etiraz olaraq istefa verib.
Xeber-ps.com xəbər verir ki, səfir bu barədə özünün "X" platformasındakı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan iqtidarının fəaliyyəti ölkənin Avropaya inteqrasiyasına mane olur.
O, diplomatik xidməti boyunca ölkəsinin Avro-Atlantik inteqrasiyasında, müttəfiq ölkələrlə, xüsusilə də ABŞ ilə strateji tərəfdaşlığın yaradılmasında aktiv iştirak etdiyini qeyd edib.
"Bizim yorulmaq bilmədən göstərdiyimiz səylər boşa getməməlidir və təhlükə altına qoyulmamalıdır", - deyə Otar Berdzenişvili vurğulayıb.
???????????????????????????????????? pic.twitter.com/WBuQM3tKP3
— Otar Berdzenishvili (@OtariB) November 29, 2024