Sumqayıtda 41 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.

Xeber-ps.com xəbər verir ki, işlərin icrası üçün "EL EPCM" MMC ilə dəyəri 41 505 292 manat olan müqavilə imzalanıb.

İşlərə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, Acıdərə kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

0.1877908706665