Suriya ordusu Hələb əyalətində itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Suriyanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Hökumət ordusu "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması tərəfindən tutulmuş 32 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirməyə cəhd edir.
Qeyd olunub ki, Suriya ordusu apardığı şiddətli döyüşlər nəticəsində Əl-Bakum şəhərinə nəzarəti geri qayıdıb.
Suriya ordusu həmçinin İdlibin cənub-şərqində silahlı qruplara qarşı hərbi əməliyyatlar aparır.