Bir müddət əvvəl Albaniyanın "Bilis" futbol klubundan ayrılan azərbaycanlı məşqçi Rüfət Quliyev yenidən bu ölkədən təklif alıb.
Xeber-ps.com xəbər verir ki, "Erzeni" klubu Rüfət Quliyevə təklif göndərib.
Albaniyanın birinci liqasında çıxış edən klub baş məşqçi postunu R.Quliyevə həvalə etmək istəyir.
Lakin mütəxəssisin özü hələlik bu təklifə konkret cavab verməyib.