"COP29 sammitində Azərbaycan karbon bazarlarını irəli aparan iki sazişin bağlanmasına nail olub".
Xeber-ps.com-ın verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov NEWS.ru-ya bildirib.
O qeyd edib ki, Bakıdakı iqlim konfransının iştirakçıları Paris Sazişinin 15 il ərzində "ölü nöqtədə" qalan bəzi maddələrinə qayıdıblar.
"İndi isə bu, karbon bazarlarının başlanğıcıdır. Başqa məsələ ondan ibarətdir ki, hər bir ölkə öz modelini inkişaf etdirir. İcbari bazarın formalaşması üçün əsas yaranıb", - deyə Boris Titov sözlərini yekunlaşdırıb.