Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib

Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.

0.074402093887329