Metyu Perrinin ölümündən təxminən bir il sonra onun Los-Ancelesdəki malikanəsi 8,55 milyon dollara satılıb. Alıcı prodüser Anita Verma-Lallian olub.
Xeber-ps.com bu barədə "Voicemag" nəşrinə istinadən xəbər verir.
Ev 1965-ci ildə tikilib. Metyu ötən il oktyabrın 28-də orada dünyasını dəyişib. İndi malikanənin yeni sahibi var.
Mülkü alan Arizonadan olan kinoprodüser Anita Verma-Lallian onu istirahət evi kimi istifadə etməyi planlaşdırır.
Mərhum aktyor evi 4 il əvvəl 6 milyon dollara alıb. Malikanədən Sakit Okeanın heyrətamiz mənzərələri açılır.