38 və 39 yaşlı iki İrəvan sakini Ermənistan-İran sərhədindən 14 kiloqrama yaxın narkotik maddə keçirməyə cəhd etdiklərinə görə tutulublar.
Xeber-ps.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, avtomobilə baxış zamanı onların çantalarında 11 kiloqram 680 qram marixuana, 1 kiloqram 150 qram metamfetamin, 510 qram tiryək, 530 qram həşiş, həmçinin üzərində yazıları olan tabletlər aşkar edilib. Bu maddələrin bəzilərinin ekspertizası artıq başa çatıb, qalanları üçün isə davam edir.
İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitəni sərhəddən qaçaqmalçılıq yolu ilə keçirən İran vətəndaşından (şəxsiyyəti hələ müəyyən edilməyib) alıblar.