İran İsrailə qarşı hava hücumları zamanı ilk dəfə hipersəs raketlərindən istifadə edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə İranın İRİB telekanalı məlumat yayıb.
Məlumata görə, İranın "Fəttah" hipersəs raketləri ilk dəfə İsrailin "Arrow-2" və "Arrow-3" raketdən müdafiə sistemlərini məhv edib.
Mehr agentliyi İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına istinadən xəbər verir ki, Tel-Əviv yaxınlığındakı üç İsrail hərbi bazası İran tərəfindən hücuma məruz qalıb.