Britaniyalı nazir yoldaşının geyimlərinə görə işini itirə bilər

Böyük Britaniyanın baş naziri Kiri Starmer həyat yoldaşı Viktoriya üçün geyim alıb. Lakin bunu öz hesabına deyil, maliyyə donoru hesabına edib.

Xeber-ps.com lenta.ru-ya istinadən xəbər verir ki, Starmer vəsaitin mənbəyini bəyan etmədiyi üçün istintaq ehtimalı ilə üzləşib.

Məlumata görə, qadın üçün bahalı paltarı multimilyoner iş adamı və Leyboristlər partiyasının donoru alıb.

Baş nazirin ofisi onun həyat yoldaşına verilən hədiyyələrin ümumi dəyərini, həmçinin Viktoriya Starmerin onları aldığı dövrü açıqlamaqdan imtina edib.

0.21733593940735