Permdə ana doqquz yaşlı oğlunu öldürdüyünü etiraf edib

Dindirmə zamanı doqquz yaşlı oğlunu qətlə yetirməkdə təqsirləndirilən İrina Şatova törətdiyi cinayətdə təqsirli olduğunu tam etiraf edib.

Xeber-ps.com perm.bezformata.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Perm ərazisi üzrə istintaq idarəsi məlumat yayıb.

O, qətlin motivi kimi qadının özünün intihar etməyi planlaşdırdığını və oğlunun tək qalmasını istəmədiyini bildirib.

Bundan əvvəl qadın cinayətdə iştirakını inkar edib və müstəntiqlərə bildirib ki, uşağı yığdığı borclara görə kollektorlar öldürüblər. Onun bizneslə məşğul olduğuna dair sübutlar var, lakin bu yaxınlarda fəaliyyətini dayandırıb və valideynləri ona pul veriblər.

Xatırladaq ki, iyulun 12-də səhər saatlarında Perm şəhərinin tam mərkəzində çamadanda doqquz yaşlı uşağın meyiti tapılıb. Uşağın qətli ilə bağlı cinayət işi açılıb.

Əvvəlcə müstəntiqlər qətlə yetirilən uşağın qonşu evdə yaşayan çoxuşaqlı ailədən ola biləcəyini düşünüblər. Lakin bu məlumat təsdiqini tapmayıb. Tezliklə məlum olub ki, öldürülən şəxs şəhərin o biri tərəfində - Yurşa küçəsində yaşayan 34 yaşlı Perm sakini İrina Şatovanın oğludur.

Şübhəlinin içində uşaq cəsədi olan qara çamadanla gəzməsi bir neçə küçə müşahidə kamerası tərəfindən lentə alınıb. Qadının marşrutunu öyrənən əməliyyatçılar onu axtarışa veriblər. Yalnız iyulun 13-də axşam saatlarında şübhəli şəxs saxlanılıb.

İlk dindirmədə Şatova cinayətdə iştirakını inkar edib. O, bildirib ki, bütün faktlar onun cinayətdə əli olduğunu göstərsə də, oğlu kollektorlar tərəfindən öldürülüb.

0.13601398468018