Dəniz sahili boyu buzdan göbələklər görənləri heyran qoyub.
Kadrlar Rusiyanın Amur vilayətinin Talakan şəhərindəndir.
İnanılmaz dərəcədə gözəl və qeyri-adi buz göbələkləri sahil boyu bütöv bir meşə yaradıb.
Məlumata görə, bunun yaranmasına səbəb suyun səviyyəsindəki dəyişiklik olub - Ağacların üzərində müxtəlif formalı buz parçaları qalıb, külək isə onları “yonaraq” özünəməxsus forma verib.
Sakinlər bununla bağlı sosial şəbəkələrdə möhtəşəm kadrlar paylaşıblar.
Mənbə: Vesti