ABŞ-də yaşayan qadın 104 yaşını qeyd edib. O, uzun ömrünün hər bir insan üçün əlçatan olan sirrini açıb.
Məlumata görə, Tereza Qonzales Nyu-Cersidə anadan olub. 1950-ci illərdən başlayaraq o, iki xəstəxanada könüllü olub, elə burada da ömürlük dostlarını tapıb.
“İşimi çox sevirdim, orada uzun illər keçirdim. Buna dəyərdi, indi mənim çoxlu xatirələrim var”, - deyə qadın bildirib.
Tereza 1980-ci illərin əvvəllərində Texasa köçüb, orada ailə həyatı qurub və 100 yaşına qədər işləməyə davam edib.
Hazırda o, qocalar evində yaşayır.
Qeyd edək ki, yaşlı qadın uzun ömrünün səbəbini çoxlu süd içməkdə görür.
“Onun 104 yaşına qədər yaşayacağını heç təsəvvür etmirdik, amma çox şanslıyıq. Onun gözəl qəlbi var” - deyə Terezanın yaxın qohumu bildirib.
Qocalar evinin əməkdaşları da Qonzalesin ünsiyyətdə olduğu hər kəsdə xoş təəssürat yaratdığını vurğulayıb.
Mənbə: Lenta.ru