18 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyunda məğlub olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

“Report”un məlumatına görə, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olublar.

Qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:6, 25:9) hesablı qələbəsi ilə yekunlaşıb.

Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

0.22488498687744