“Venesuela bütün məqsədlərinə çatana qədər gender bərabərliyi uğrunda mübarizəni davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu Venesuelanın BMT yanında daimi nümayəndəliyinin müşaviri Robert Aleksandr Poveda Brito noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların hüquqlarının müdafiəsi bu gün ən aktual məsələlərdən biridir:
Diplomat vurğulayıb ki, bunu təmin etmək üçün qanunu pozanlara qarşı sanksiyalar, inzibati və cinayət cəzaları da daxil olmaqla, bütün mövcud təzyiq vasitələrindən istifadə etmək lazımdır.