II hissə
(I hissə ilə burda tanış ola bilərsiz - https://bakunews.online/az/article/70373)
Nelson Mandela, Vatslav Gavel, Vitautas Lansbergis, Lex Valensa, Mixael Saakaşvili, Boris Nemtsov və hətta Aleksey Navalnıy tarixdə pis yaxşı öz adlarını yazdırdılar.
Niyə? Çünki onlar nə yaxın ətrafdakıları, nədə ki, özlərinə tərəfdaş görmək istədiyi insanları heç vaxt aldatmayıblar. Öz şəxsi maraqlarını kənara qoyub, xalqın maraqları üçün çalışıblar.
Bizdə isə hər şey tərsinədir. Bəziləri pafoslu çıxışlar, xalqın adından danışmaq, amma xalqın içinə getməmək kimi fəaliyyətləri ilə yadda qalıblar. Məmurları tənqid edib, məmur həyat tərzi ilə yaşayan müxalifətçilərə artıq inam yoxdur. Özlərinə haqq qazandırmaq üçün – “Müxalifətik deyə indi biz acından ölməliyik, maşınmız, obyektlərimiz, yaxşı təmirli ev və bağ sahələrimiz olmamalıdır”- belə fikirlər səsləndirirlər.
Niyə də olmamalıdır? Olmalıdır, o şərtlə ki, hər şey şəffaf olmalıdır. Məmurlardan şəffaflığı tələb edən, birinci özündən başlamalıdır, özü bir nümunə göstərməlidir.
Azərbaycanda bəzi müxalifət liderləri özlərini tarixi şəxsiyyətlərə, siyasətçilərə bənzədirlər. Kimi özünü “Lenin”, kim “Nelson Mandela”, kim isə “Vatslav Gavel” adlandırır.
“Nelson Mandela” – İlqar Məmmədov haqqında birinci hissədə yazdıq. İlqar Məmmədov böyük fırıldaqçıdır, çünki o, Avropada olan fondlara və doğma Soros Fonduna yüz minlərlə dollar “atıb”. Azərbaycanda siyasətdə İlqar kimiləri çox azdır. Bizdə daha çox xırda fırıldaqçılar çoxdur. İndi onlardan birindən söhbət açacağıq.
Maraqlısı odur ki, hüquq-mühafizə orqanları bunları saxlayanda, həbs edəndə, dərhal özlərini “siyasi məhbus” elan edirlər. Dələduzluq, vergidən yayınma və başqa qeyri-siyasi faktlarla həbs olunanlar, bu məsələyə siyasi don geyindirməyə çalışırlar.
Bu xırda fırıldaqçılardan biri, Yüksəliş Partiyasının sədri Anar Əsədli dörd nəfərin şikayətı əsasında bu yaxınlarda həbs olunub. Şikayətçilərdən biri Oqtay Qasımovun sözlərinə görə o, Anar Əsədli ilə uzun zaman öncədən münasibətdə olub:
“Amma o, bu münasibətlərdən sui-istifadə edib və iş görmək adı ilə məndən vəsait alıb. Sonradan məlum oldu ki, məndən alınan vəsait işə yatırılmayıb. Həmin vəsaiti geri tələb edəndə isə qaytarmaqdan imtina etdi”.
Oqtay Qasımovla bərabər digər üç şikayətçi demək olar ki, eyni sözləri bildirirlər. Hanı burada siyasi motiv? Əlbəttə yoxdur.
Anar Əsədli məşhur “Blef” filmindəki kimi, bu dörd şikayətçini, filimdə aldanan madam Şarlotta Beldyük kimi aldatmaq istəyib. Anar Əsədlidə alınmayıb. Çünki o, aldığı pulları, dediyi kimi, biznesə yatırmayıb. Pulları öz keyfi üçün xərcləyib.
Xatırlayırdı, bir arada uzin müddət Türkiyədə səfərdə oldu, bir neçə siyasi partiya funksionerləri ilə görüşdü, daha çox Ərdoğana düşmən kəsilənlərlə. Orada bahalı otellərdə qalmaq üçün pul tələb edir. Çox güman ki, bu pullar onun aldatdığı adamlardan alınıb. O bilirdi ki, onun axırı belə olacaq. Amma hardasa inanmırdı ki, onu həbs edəcəklər. Anar Əsədlidən pulları geri istiyəndə, o iqtidara qarşı tənqidi fikirləri daha da sərtləşdirirdi. Anar Əsədli öz aləmində elə bilirdi ki, bu tipli çıxışlar onu həbsdən sığortalayacaq. Artıq Anar Əsədli hakimiyyəti şantaj etməyə başladaı. Youtube TV kanallara ödəniş edərək, iştrak etdiyi verlişlərdə hakimiyyətə hədə-qorxu gəlirdi. Hakimiyyət isə buna fikir vermirdi, çünki bilirdi ki, bunun bu tipli çıxışlar nəyə hesablanıb. Və bir gün madam Şarlotta Beldyük kimi aldadılan bu dörd nəfər məcbur olur hüquq-mühafizə orqanlılara Anar Əsədli ilə bağlı müraciət etməyə.
“Biz çox gözlədik. Görüşüb danışmaq istədik ki, bir çıxış yol tapaq. Anar Əsədli isə söz verirdi ki, qaytaracaq, sonra ümumiyyətlə bizdən “qaçırdı”, görüşmək istəmirdi. Bizdə məcbur olduq hüquq-mühafizə orqanlılara müraciət edək” - Oqtay Qasımov bildirib.
Anar Əsədli öz həbsinə siyasi don qeyindirməyə çalışsa da, hamı və ən əsası özu də bilir ki belə deyil. Ortada dələduzluq faktı var.
Bir neçə gün bundan qabaq Anar Əsədli sosial şəbəkələrin birində, bir status yazaraq (həbsdə olaraq bunu necə edib?! Sonra bunu başa düşərək status silib) özünü Azərbaycanın “Aleksey Navalnı”sı adlandırıb. Anar Əsədli əqər öz həbsini Navalnının həbsi ilə müqaisə edirsə, onda nədən narazıdır, niyə apellyasiya şikayəti edir? Anar Əsədli bilmir ki, Navalnını Lefortovo Məhkəməsi, 1,2 million rubl mənimsəməyə qörə, külli miqdarda dələduzluqda təqsirli bilib. Buna qörə müqaisə edirsə, onda düz edir. Neca deyərlər “Dələduz dələduzu uzaqdan görər”. Anar Əsədli sən siyasətçi kimi heç vaxt Navalnı kimi ola bilməzsən, onun keçdiyi yolun heç bir addımını belə edə bilməzsən.
Bizim siyasətçilərimiz özləri kimi olmıyacaqları qədər, şəxsi maraqlarını kənara qoyub xalqın və dövlətin yanında olmayana qədər heç vaxt tarixdə qala bilmiyəcəklər.
Bizim bəzi siyasətçilərin savadsızlıq ucbatından, naşi olduğundan, bəzilərin isə hələ də 90-cı illərdəki eyforiyanı yaşıyandan, pafoslu çıxışlardan bezən xalqımız bu müxalifətdən çoxdan üz döndərib.
Xalqımız isə sözdə yox, real işlə Qarabağı bizə qaytaran, dövlətimizi gücləndirən prezident İlham Əliyevin arxasınca gedir.
Bu yolun alternativi yoxdur.
Baku News Informasiya şöbəsi