Partiya lideri: Hər kəs öz vaxtını, öz əməyini, imkanlarını buna sərf etməlidir

Azərbaycan siyasi partiyaların, deputatların, ictimai-siyasi çəkisi olan digər şəxslərin Laçın – Xankəndi yolunda keçirilən aksiyaya qatılması bu prosesin mahiyyətini nə dərəcədə artıra bilər, hansı əlavə təsirlər yarada bilər?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Həftə içi” qəzetinə açıqlamasında qeyd edib ki, ALDP xaricdə əməkdaşlıq etdikləri partiyalara, Avropa Parlamentində olan bəzi deputatlara, beynəlxalq təşkilatlara həftədə iki dəfə aksiya ilə bağlı məlumatlar göndərir və bu formada prosesə dəstək verməyə çalışır.

 

“Siyasi partiyaların, deputatların aksiya keçirilən yerə səfərindən istifadə edən bəzi qruplar bu prosesə başqa don geyindirə bilər. Bu aksiya Azərbaycan ekofəallarının, QHT-lərin, media işçilərinin dəstəyi ilə uğurla davam edir. Siyasi təşkilatların aksiyada iştirakı başqa bir mənzərə yarada bilər”.

 

Aksiya ilə bağlı onsuz da kifayət qədər yersiz iddiaların, yalanların ortaya atıldığını deyən partiya sədri, siyasilərin səfəri ilə ermənilərin əlinə yeni bir bəhanələr verməməyi daha doğru hesab edir:

 

“Onsuz da ölkəmizə qarşı xarici təsirlər var. Siyasi partiyaların aksiyada iştirakı olsa təzyiqlər daha da güclənəcək. Ona görə də hər bir təşkilat aksiyada birbaşa iştirak etmədən də dəstək verə bilər. Hər kəs öz vaxtını, öz əməyini, imkanlarını buna sərf etməlidir. Bəzi məqamlar var ki, biz ona nail olmuşuq. Aksiya davam etməlidir və inanıram ki, uğur bizimlə olacaq və biz öz istəyimizə nail olcağıq”.

0.11555695533752